Dekabrın 12-də prezident İlham Əliyev Beynəlxalq Atçılıq Federasiyasının prezidenti Şahzadə Haya Bint Al Hüseyni qəbul edib. Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, şahzadə Haya Bint Al Hüseyn İordaniya Haşimilər Kralı II Abdullahın və Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş naziri, Dubay Əmiri Əlahəzrət şeyx Məhəmməd bin Rəşid Al Məktumun salamlarını dövlət başçısına çatdırıb.
Görüşdə Beynəlxalq Atçılıq Federasiyası Baş Assambleyasının illik iclasının Bakıda keçirilməsinin önəmi qeyd olunub, ölkəmizdə idmana, o cümlədən atçılıq idman növünün inkişafına dövlət səviyyəsində göstərilən diqqətdən məmnunluq ifadə edilib, Azərbaycanda müasir idman infrastrukturunun yaradılması istiqamətində görülən işlərin əhəmiyyəti vurğulanıb.
Söhbət zamanı birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkəmizin idman sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi işinə verdiyi töhfənin nəticəsi kimi dəyərləndirilib.
Dövlət başçısı İordaniya Haşimilər Kralının və Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş naziri, Dubay Əmirinin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını İordaniya Kralına və Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş nazirinə, Dubay Əmirinə çatdırmağı xahiş edib.
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
- AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
- "İpək Yolu" Dünya Kubokunun rəsmi maskotları təqdim olunub
- "Bildiyimiz bir şey var idi: Bura Qarabağdır, bura bizimdir və biz bu torpaqları geri qaytarmalıyıq"
- “Gözünüz aydın, kişilər, müharibə bitdi” – Daşqın Əzizin müharibə xatirələri