“Bakı və taekvondo uzun yol qət ediblər. 2004-cü ildə Afina Yay Olimpiya Oyunlarının Avropa Təsnifat Turnirinin keçirilməsi ilə bu ənənənin təməlini qoyduq”. Apasport.az saytının məlumatına görə, bunu Avropa Taekvondo İttifaqının prezidenti Atanasios Praqalos deyib.
O, mayın 1-4-də Bakıda keçiriləcək qitə çempionatı öncəsi fikirlərini açıqlayıb. Əslində, Ukraynada keçirilməli olan, lakin siyasi vəziyyətin pisləşməsindən sonra Azərbaycana həvalə edilən yarışın yüksək səviyyədə keçəcəyinə inanan Praqalos bildirib ki, ölkəmiz yarışların təşkilində çox təcrübəlidir: “Bu ənənə indiyə kimi davam edir və taekvondonun inkişafında tarix yaradıb. Biz keçirdiyimiz bu çempionatlardakı uğurlarımızla bütün dünyaya necə yüksək standartlara qalxdığımızı nümayiş etdiririk. Bakıda növbəti belə yarışımız 2015-ci ildə Avropa Oyunları olacaq”.
Qeyd edək ki, Avropa çempionatına 46 ölkədən 400-ə yaxın taekvondoçu qatılacaq.
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
- AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
- "İpək Yolu" Dünya Kubokunun rəsmi maskotları təqdim olunub
- "Bildiyimiz bir şey var idi: Bura Qarabağdır, bura bizimdir və biz bu torpaqları geri qaytarmalıyıq"