Azərbaycan 2015-ci ildə “Formula-1” yarışını qəbul edəcək
08.05.2014 - 23:22
2015-ci ildən etibarən “Formula-1” yarışlarının təqvimində dəyişiklik ediləcək. Apasport.az saytının məlumatına görə, FOM (Formula One Management) və FOA (Formula 1 Administration) prezidenti Berni Ekklstoun bildirib ki, bundan sonra Koreya Qran-prisinin keçirildiyi tarixdə Azərbaycan Qran-prisi keçiriləcək.
“Biz Bakıda “Formula-1” mərhələsinin keçirilməsi ilə bağlı müqavilə imzalamışıq. Təqvimdə bu mərhələ Koreya Qran-prisinin yerini tutacaq. Azərbaycandakı yarışlar 2015-ci ildən etibarən keçirilməyə başlayacaq – deyə, Ekklstoun qeyd edib.
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
- AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
- "İpək Yolu" Dünya Kubokunun rəsmi maskotları təqdim olunub
- "Bildiyimiz bir şey var idi: Bura Qarabağdır, bura bizimdir və biz bu torpaqları geri qaytarmalıyıq"
0
0