Cüdo üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Peter Zayzenbaher yetkinlik yaşına çatmayan bir neçə qızı zorlamada ittiham olunur. Apasport.az saytı xəbər verir ki, bu barədə Vyana prokurorunun sözcusu Nina Bussak açıqlama verib.
O bildirib ki, bu, tam təsdiqini tapmasa da, hər şeyə yaxın günlərdə aydınlıq gələcək. Bussakın sözlərinə görə, istintaq hələ yığmamızın sabiq çalışdırıcısını dindirməyib: “Onunla bağlı müəyyən şübhələrimiz var. Bu işlə bağlı bir neçə nəfərin ifadəsi də alınıb. Lakin Zayzenbaherin özü suallarımıza cavab verməyə razılaşdıqdan sonra çox şeyə aydınlıq gələcək”.
Qeyd edək ki, bu arada Avstriya mətbuatı 2 qat Olimpiya çempionunun 2000-ci ilin əvvəllərində Vyana klublarının birinə rəhbərlik etdiyi vaxtda qanun pozuntularına yol verməkdə şübhəli sayır.
Hazırda Kaliforniyada işləyən 54 yaşlı Zayzenbaher 2012-2014-cü illərdə millimizi çalışdırıb.
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
- AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
- "İpək Yolu" Dünya Kubokunun rəsmi maskotları təqdim olunub
- "Bildiyimiz bir şey var idi: Bura Qarabağdır, bura bizimdir və biz bu torpaqları geri qaytarmalıyıq"