Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatı ilə bağlı aprelin 5-də brifinq təşkil olunacaq. Gimnastika Federasiyasından apasport.az-a verilən məlumata görə, saat 13:30-da başlayacaq tədbirdə qitə birinciliyinin videoçarxı nümayiş ediləcək, ardınca yeni saytı təqdim olunacaq.
Brifinqdə Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov, baş katibi, eyni zamanda Avropa Gimnastika Federasiyasının (UEG) vitse-prezidenti Fərid Qayıbov, UEG-in bədii gimnastika üzrə Texniki Komitəsinin prezidenti Hayde Bruneder və millimizin baş məşqçisi Mariana Vasilyeva KİV nümayəndələrinin suallarını cavablandıracaqlar.
Tədbirdən öncə isə Avropa çempionatının püşkü atılacaq.
Qeyd edək ki, qitənin ən nüfuzlu yarışı iyunun 13-15-də olacaq.
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
- AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
- "İpək Yolu" Dünya Kubokunun rəsmi maskotları təqdim olunub
- "Bildiyimiz bir şey var idi: Bura Qarabağdır, bura bizimdir və biz bu torpaqları geri qaytarmalıyıq"