Kosta-Rika millisinin baş məşqçisi Xorxe Ruis Pinto dünya çempionatına aparacağı 30 nəfərlik heyəti bir qədər də qısaldıb. Apasport.az saytının məlumatına görə, 4 futbolçu mundiala aparılmayacaq.
Bunların arasında “Xəzər Lənkəran”ın sabiq hücumçusu Rendall Brenes yoxdur. Braziliyaya aparılmayacaq futbolçular isə bunlardır: qapıçı Esteban Alvarado (AZ, Hollandiya), yarımmüdafiəçilər Ariel Rodriges (Alaxuelense), Ansell Araus (Saprissa) və hücumçu Xayro Arrieta (“Kolumbus Kryu”, ABŞ).
Ələlxüsus da Brenesin rəqibi olan Arrietanın heyətdən çıxarılması sabiq “Xəzər Lənkəran”lının mundiala yollanmaq ümidlərini artırıb. İndi “Kartaxines”in hücumçusu 23 nəfərlik siyahı üçün heyətdən çıxarılacaq 3 futbolçudan biri olmayacağını arzulamalıdır.
Qeyd edək ki, Kosta-Rika millisi iyunun 2-də Yaponiya, 6-da İrlandiya ilə ABŞ-da yoldaşlıq oyunları keçirəcək. Məhz bu görüşlərdən sonra Brenesin Braziliyaya gedəcəyi, yoxsa vətənə geri dönəcəyi bilinəcək.
- Azərbaycan üzgüçüləri "İpək Yolu" Dünya Kubokunda ölkə rekordlarını yeniləyiblər
- Rüfət Efendiyev Avropa Şurasının antidopinq iclasında iştirak edib
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
- AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub