Xorvatiya yığması iyunda Braziliyada start götürəcək dünya çempionatı üçün heyətini açıqlayıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Niko Kovaç ilkin olaraq 30 nəfərlik futbolçuya dəvət göndərib.
Millimizin növbəti Avropa çempionatının seçmə mərhələsində rəqiblərindən olan Xorvatiya mundial öncəsi 2 yoldaşlıq oyunu keçirəcək. Mayın 31-də Osiyek şəhərində Mali yığması ilə qarşılaşacaq slavyanlar iyunun 6-da Braziliyanın Salvador şəhərində gücünü Avstraliya millisi ilə sınayacaq.
Qapıçılar: Stipe Pletikosa (“Rostov”, Rusiya), Daniyel Subaşiç (“Monako”, Fransa), Oliver Zelenika (Lokomotiva)
Müdafiəçilər: Dariyo Srna (“Şaxtyor”, Ukrayna), Deyan Lovren (“Sauthempton”, İngiltərə), Vedran Çorluka (“Lokomotiv”, Rusiya), Qordon Şildenfeld, Daniyel Pranyiç (hər ikisi “Panatinaikos”, Yunanıstan), İvan Striniç (“Dnepr”, Ukrayna), Domaqoy Vida (“Dinamo”, Ukrayna), Şime Vrsalko (“Cenoa”, İtaliya), İqor Bubnyiç (“Udineze”, İtaliya)
Yarımmüdafiəçilər: Luka Modriç (“Real”, İspaniya), İvan Rakitiç (“Sevilya”, İspaniya), Niko Krançar (KPR, İngiltərə), Oqnyen Vukoyeviç (“Dinamo”, Ukrayna), İvan Perişiç (“Volfsburq”, Almaniya), Mateo Kovaçiç (“İnter”, İtaliya), Milan Badel, İvo İliçeviç (hər ikisi “Hamburq”, Almaniya), Martselo Brozoviç (Dinamo), İvan Moçiniç (Riyeka), Mario Paşaliç (Hayduk), Sammir (“Xetafe”, İspaniya)
Hücumçular: Mario Mancukiç (“Bavariya”, Almaniya), İvitsa Oliç (“Volfsburq”, Almaniya), Eduardo Alveş da Silva (“Şaxtyor”, Ukrayna), Nikitsa Yelaviç (“Hall Siti”, İngiltərə), Ante Rebiç (“Fiorentina”, İtaliya), Duye Çop (Dinamo)
Qeyd edək ki, bundan öncə millimizin daha bir rəqibi olan İtaliya da geniş heyətini açıqlamışdı.
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
- AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
- "İpək Yolu" Dünya Kubokunun rəsmi maskotları təqdim olunub
- "Bildiyimiz bir şey var idi: Bura Qarabağdır, bura bizimdir və biz bu torpaqları geri qaytarmalıyıq"