Almaniya milli komandasının iyunun 12-də Braziliyada start götürəcək DÇ-2014 üçün heyəti açıqlanıb. Apasport.az xəbər verir ki, Bundestimin baş məşqçisi Yoahim Löv Cənub Amerikaya aşağıdakı 23 futbolçunu aparacaq.
Bu heyət qrup mərhələsində Portuqaliya. ABŞ, Qana ilə mübarizə aparacaq. Bu 23 futbolçu baş məşqçi və məsləhətçisinin alman olduğu ABŞ-la da üz-üzə gələcək. Bu yığmanın çalışdırıcısı Yurgen Klinsmanna millimizin baş məşqçisi Berti Foqts məsləhətləri ilə yardım edir.
Qapıçılar: Manuel Noyer (“Bavariya”), Roman Vaydenfeller (“Borussiya”, Dortmund), Ron-Robert Tsiler (“Hannover”)
Müdafiəçilər: Jerom Boatenq, Filipp Lam (hər ikisi “Bavariya”), Erik Drum, Kevin Qrosskroyts, Mats Hummels (hamısı “Borussiya”, Dortmund), Benedikt Hövedes (“Şalke”), Per Mertzaker (“Arsenal”, İngiltərə)
Yarımmüdafiəçilər: Yulian Draksler (“Şalke”), Mario Götse, Toni Kroos, Tomas Müller, Bastian Şvaynştayger (hamısı “Bavariya”), Sami Xedira (“Real”, İspaniya), Məsut Özil (“Arsenal”, İngiltərə), Marko Roys (“Borussiya”, Dortmund), Kristof Kramer (“Borussiya”, Münhenqladbax), Mattias Qinter (“Frayburq”).
Hücumçular: Lukaş Podolski (“Arsenal”, İngiltərə), Miroslav Kloze (“Latsio”, İtaliya), Andre Şürrle (“Çelsi”, İngiltərə).
- Azərbaycan üzgüçüləri "İpək Yolu" Dünya Kubokunda ölkə rekordlarını yeniləyiblər
- Rüfət Efendiyev Avropa Şurasının antidopinq iclasında iştirak edib
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
- AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub