“Yarış bizim üçün çox yaxşı alındı. 2 mərhələnin qalibi olduq, bu dəfə isə ikinci gəldik”. Apapsort.az saytının məlumatına görə, bunu “Tour d’Azerbaidjan-2014”ün yekununa həsr olunmuş mətbuat konfransında Linus Gerdemann (“MTN Kubeka”, CAR) deyib.
4-cü mərhələnin qalibi olan almaniyalı velosipedçi ümumi nəticədə qırmızı köynəyə sahib olduğu üçün sevincini gizlətməyib. “Dağlar kralı” Azərbaycandan xoş təəssüratla ayrılacağını dilə gətirib: “Son mərhələ çətin idi. Amma biz bu günü də nəticə ilə bitirdik. 3-cü mərhələnin qalibi olan komanda yoldaşım Yusif Reqiqi bu dəfə ikinci yeri tutdu. Ümumi götürdükdə, nəticə “MTN Kubeka” üçün yaxşıdır”.
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
- AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
- "İpək Yolu" Dünya Kubokunun rəsmi maskotları təqdim olunub
- "Bildiyimiz bir şey var idi: Bura Qarabağdır, bura bizimdir və biz bu torpaqları geri qaytarmalıyıq"