Azərbaycanın kontinental velosiped komandası "Synergy Baku" Malayziyada keçirilən Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2-ci kateqoriyalı çoxgünlük "Le Tour de Langkawi" yürüşündə mübarizə aparır. Apasport.az saytının məlumatına görə, 22 komandanın iştirak etdiyi 8 günlük yürüşdə 4-cü mərhələ başa çatıb.
Bu gün iştirakçılar 165.4 km məsafə qət ediblər. "Synergy Baku" üzvlərindən ən yüksək nəticəyə Aleksandr Surutkoviç imza atıb. O, məsafəni 3 saat, 43 dəqiqə, 14 saniyəyə keçən pelotonun içərisində olub və fotofinişə əsasən 9-cu yeri tutub. Samir Cəbrayılov 43-cü, Elçin Əsədov isə 56-cı nəticə göstərib. Yeri gəlmişkən, yürüşün ən yaxşı dağ velosipedçiləri siyahısında Elçin Əsədov 7-ci yerdədi.
Sabah "Le Tour de Langkawi"nin ən uzun mərhələsi olacaq. İştirakçılar bu dəfə 200 km məsafə qət edəcəklər.
- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı