Litva Olimpiya Komitəsi Poçt ilə birlikdə Litva fanatlarına Bakıda keçiriləcək I Avropa Oyunları barədə məlumat vermək və oyunlarda Litva idmançılarını dəstəkləmək təşəbbüsü ilə çıxış edib. Apasport.az saytı xəbər verir ki, bununla əlaqədar üzərində Avropa oyunlarının rəmzi olan açıqcalar buraxılıb.
Bu açıqcaları Litvanın iri şəhərlərinin poçt şöbələrindən pulsuz alıb tanışlara göndərmək mümkün olacaqdı.
Litva Olimpiya Komitəsinin prezidenti Dayna Qudzinyaviçyute bu haqda bunları deyib: “İndiki zamanda biz çox vaxt virtual kommunikasiyanı seçirik, lakin poçt qutusunda dostunun göndərdiyi imzalı açıqcanı görmək xoş sürprizdir. Biz bu təşəbbüsü dəstəklədiyinə görə Litva Poçtuna minnətdarıq və hamını öz tanışlarına açıqca göndərməyə, bununla da idman tarixində möhtəşəm hadisə olan “Bakı-2015” I Avropa Oyunları barədə məlumat verməyə çağırırıq”.
Qudzinyaviçyute ilk açıqcanı oyunların təşkilatçılarına göndərib. Vilnüs, Klaypeda, Şyaulyay və Panevejisin poçt şöbələrinə 10 min açıqca göndərilib. (azertag.az)
- Bakıda Avropa su idmanının gələcəyi müzakirə olunub
- III Xankəndi Ultramarafonu: İlk mərhələnin qalibləri bəlli olub
- Azərbaycan və Rusiya milliləri Bakıda birgə toplanış keçir
- Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının 2027-ci il tarixi açıqlanıb
- MOK-da Belarus Olimpiya Komitəsinin prezidenti ilə ikitərəfli tərəfdaşlıq müzakirə olunub