Meksika millisinin baş məşqçisi Miqel Errera yığmasının heyətini açıqlayıb. Apasport.az saytının xəbərinə görə, Erreranın açıqladığı heyətdə 23 nəfər var və bu oyunçular gələn ay Braziliyada təşkil ediləcək dünya çempionatında iştirak edəcək.
Qapıçılar: Qilyermo Oçoa (“Ayaçço”, Fransa), Xose de Xesus Korona (Krus Asul), Alfredo Talavera (Toluka);
Müdafiəçilər: Paul Aqilar, Miqel Layun, Fransisko Xavyer Rodriqes (hər üçü “Amerika”), Dieqo Reyes (“Portu”, Portuqaliya), Rafael Markes (Leon), Ektor Moreno (“Espanyol”, İspaniya), Karlos Salsido (UANL Tiqres), Anders Quardado (“Bayer”, Almaniya);
Yarımmüdafiəçilər: Xuan Karlos Medina (“Amerika”), Xose Xuan Vaskes, Luis Montes, Karlos Penya (hər üçü “Leon”), İsaak Brisuela (Toluka), Marko Fabian (Krus Asul), Ektor Errera (“Portu”, Portuqaliya);
Hücumçular: Raul Ximenes (Amerika), Alan Pulido (UANL Tiqres), Xavyer Ernandes (“Mançester Yunayted”, İngiltərə), Covani dos Santos (“Vilyarreal”, İspaniya), Oribe Peralta (Santos Laquna).
Qeyd edək ki, Meksika millisi mundiala qədər İsrail, Ekvador, Bosniya və Herseqovina və Portuqaliya ilə yoldaşlıq oyunları keçirəcək.
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
- AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
- "İpək Yolu" Dünya Kubokunun rəsmi maskotları təqdim olunub
- "Bildiyimiz bir şey var idi: Bura Qarabağdır, bura bizimdir və biz bu torpaqları geri qaytarmalıyıq"