Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, iyun üçün açıqlanan siyahıda Azərbaycan təmsilçiləri də yer alıb.
Norveçli Maqnus Karlsenin 2877 xalla başçılıq etdiyi “Top-100”də 3 qrossmeysterimiz də qərarlaşıb. Onların hər üçü son 1 ayda geriləyib. Ən yaxşı şahmatçımız Şəhriyar Məmmədyarov 2743 xalla 18-ci yerədir. O, ötən ayla müqayisədə mövqeyini 2 pillə əldən verib.
2724 xala malik Teymur Rəcəbov 1 pillə geriləməklə, 28-ci yerə düşüb. 2 pillə geriləyən Rauf Məmmədov 2659 xalla 88-ci yerdədir. Dəyişikliyin olmadığı ilk “üçlük”də Karlseni Levon Aronyan (Ermənistan, 2805) və Aleksandr Qrişuk (Rusiya, 2795) izləyir.
Qeyd edək ki, qadınların siyahısında isə ən güclü 100 şahmatçı arasında Azərbaycan təmsilçisi yer almayıb.
- Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
- Azərbaycan üzgüçüləri "İpək Yolu" Dünya Kubokunda ölkə rekordlarını yeniləyiblər
- Rüfət Efendiyev Avropa Şurasının antidopinq iclasında iştirak edib
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub