Məşhur isveçrəli tennisçi Roce Federer yenidən ata olub. Apasport.az saytının məlumatına görə, Federar artıq 4 uşaq atasıdır.
Rocerin həyat yoldaşı Miroslava əkiz uşaq dünyaya gətirib. Bu dəfə oğlan uşaqları olan əkizlərə Leo və Leni adı qoyulub. Federerin ailəsində ilk əkizlər 2009-cu ildə dünyaya gəlib. Əkiz qızlara Şarlin Riva və Mila Rouz adları qoyulub.
Federer məsuliyyətli anda həyat yoldaşının yanında olmaq üçün Madriddə keçirilən Masters turnirində iştirakdan imtina edib.
Federer və çex mənşəli İsveçrə tennisçisi Miroslava Vavrinets 2000-ci il Sidney Olimpiadası zamanı tanış olublar. Miroslava 2 il sonra zədələnərək, böyük idmanı tərk edib.
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
- AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
- "İpək Yolu" Dünya Kubokunun rəsmi maskotları təqdim olunub
- "Bildiyimiz bir şey var idi: Bura Qarabağdır, bura bizimdir və biz bu torpaqları geri qaytarmalıyıq"