Aprelin 19-da Bakıda bədii gimnastika üzrə XXI Azərbaycan çempionatı keçiriləcək. Gimnastika Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarışlarda 25 senior gimnast, həmçinin 1999-2001-ci il təvəllüdlü idmançılar da iştirak edəcəklər.
Gimnastlar mütləq çoxnövçülükdə, o cümlədən ayrı-ayrı növlər üzrə medallar uğrunda yarışacaqlar. Azərbaycanın hazırkı çempionu Marina Durunda şübhəsiz ki, öz titulunu qoruyub saxlamaq və ikinci dəfə qızıl medal qazanmaq niyyətindədir. 1-ci yer uğrunda mübarizədə onun əsas rəqibləri Lalə Yusifova, Gülsüm Şəfizadə və Nilufər Niftalıyeva hesab olunurlar.
Yarışlarda Respublika Kompleks İdman Məktəbi və "Baku Flames" klubunun gimnastları ilə yanaşı, "Neftçi", Bakı Gimnastika Məktəbi, "Spartak", Şağan OİK və "Ocaq Sport Klubu"nun idmançıları da iştirak edəcəklər.
Çempionatın Milli Gimnastika Arenasında keçirilməsi iyunun 13-15-də təşkil olunacaq bədii gimnastika üzrə Avropa çempionatı öncəsi test xarakteri daşıyır.
Qeyd edək ki, yarış ölkənin ən yaxşı gimnastlarının iştirak edəcəyi Qala konsertin parlaq nümunəvi çıxışları ilə yekunlaşacaq.
Çempionat saat 12:00-da başlayacaq.
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
- AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
- "İpək Yolu" Dünya Kubokunun rəsmi maskotları təqdim olunub
- "Bildiyimiz bir şey var idi: Bura Qarabağdır, bura bizimdir və biz bu torpaqları geri qaytarmalıyıq"