Atıcılıq üzrə Azərbaycan millilərinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, iyunun 4-13-də Almaniyada keçiriləcək Dünya Kubokunda 7 idmançımız hədəf önünə keçəcək.
Belə ki, güllə atıcılığı üzrə yığmamızın heyətində İradə Aşumova və Ruslan Lunyov yer alacaqlar. Onların hər ikisi 10 m və 25 m məsafədən atəşaçma yarışında dəqiqliklərini yoxlayacaqlar.
Stend atıcılarımızdan skit növündə Zemfira Meftahətdinova, Nurlana Cəfərova, Paşa Əhədpur, Emin Cəfərov, trap növündə isə Elvin İsmayılov Almaniyaya yollanacaqlar.
Qeyd edək ki, Dünya Kubokuna 91 ölkədən 1922 idmançı qatılacaq.
- Azərbaycan üzgüçüləri "İpək Yolu" Dünya Kubokunda ölkə rekordlarını yeniləyiblər
- Rüfət Efendiyev Avropa Şurasının antidopinq iclasında iştirak edib
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
- AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub