“Bu qola görə hər kəsdən üzr istəyirəm. Uşaq səhvi etdim və qapımızda qol gördük”. Apasport.az saytının məlumatına görə, bunu Rusiya millisinin qapıçısı İqor Akinfeyev deyib.
Təcrübəli çərçivə qoruyucusu dünya çempionatında Cənubi Koreya ilə oyunda buraxdığı kobud səhvə görə hamıdan üzr istəyib. O, H qrupunun ilk turunda 1:1 hesabı ilə bitən görüşündə özünü günahkar sayıb: “Bəlkə də hər kəs indi məni qınayır. İnamsız hərəkət etdim. Məni qınayanlar haqlıdırlar. Çalışacağam ki, bir də belə hal təkrarlanmasın. Yenə də hər kəsdən üzr istəyirəm”.
Qeyd edək ki, Akinfeyev koreyalıların hücumçusu Kin Ho Linin vurduğu zərbə zamanı topu əlindən buraxıb.
- Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
- Azərbaycan üzgüçüləri "İpək Yolu" Dünya Kubokunda ölkə rekordlarını yeniləyiblər
- Rüfət Efendiyev Avropa Şurasının antidopinq iclasında iştirak edib
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub