İspaniyanın Qvadalaxara şəhərində keçirilən bədii gimnastika üzrə Dünya Kuboku və gənclər arasında beynəlxalq turnir başa çatıb. Gimnastika Federasiyasından apasport.az saytına verilən məlumata görə, Kubok yarışlarında Marina Durunda lentlə final mərhələsində çıxış edərək, 5-ci yerdə qərarlaşıb.
Azərbaycanı qrup hərəkətləri yarışlarında təmsil edən Siyana Vasileva, Aleksandra Platonova, Diana Doman, Ayşən Bayramova və Elif Zeynep Celepdən ibarət komanda da çıxış proqramının hər iki finalına (5 lent, 3 cüt gürz və 2 halqa) vəsiqə qazanıb və 5-ci pilləni tutub. Çoxnövçülükdə isə gimnastlarımız 6-cı nəticəni göstərib.
Dünya Kuboku ilə paralel keçirilən beynəlxalq turnirdə gənc gimnastlar İlahə Məmmədova, Veronika Qudis və Zöhrə Ağamirova iştirak ediblər. Qudis iplə finala yüksəlib və yekunda 3-cü yeri ispaniyalı gimnastla bölüşüb.
Qeyd edək ki, Durunda Rio Olimpiadasında yığmamızın şərəfini qoruyacaq.
- Bakı-Xankəndi Velosiped Yarışının mükafat fondu bəlli oldu
- Sahib Ələkbərov: “Bakı–Xankəndi veloyarışı yeni reallıqların göstəricisidir”
- Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı starta hazırdır
- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq