Şəmkirdə mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirə yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışın bütün mükafatçılarının adına X oyun günündə aydınlıq gəlib.
Artıq çempionluq şansını itirən Azərbaycan şahmatçılarından Teymur Rəcəbov son turda Hikaru Nakamura ilə üz-üzə gəlib. Həmyerlimiz ilk “üçlük”də yer almaq üçün qalib gəlməli və sonuncu olacağı dəqiqləşən Şəhriyar Məmmədyarov isə ən azı Sergey Karyakinlə sülh bağlamalıydı. Şəhriyar rusiyalı şahmatçı ilə heç-heçə etsə də, Teymur qalib gələ bilməyib. Nakamura ilə sülhə razılaşan Rəcəbov dördüncü yerlə kifayətlənməli olub.
Turnirin qalibinin adı isə dünya çempionu Maqnus Karlsenlə Fabiano Karuananın duelində dəqiqləşib. Karlsen dünya çempionu titulunu təsadüfən qazanmadığını sübut edərək, son turda Karuanaya qalib gəlib və bununla da turnirin qalibi adını qazanıb.
X tur
Şəhriyar Məmmədyarov - Sergey Karyakin - 0,5:0,5
Maqnus Karlsen - Fabiano Karuana - 1:0
Hikaru Nakamura - Teymur Rəcəbov - 0,5:0,5
Turnir cədvəli: Karlsen - 6,5, Karuana - 5,5 xal; Nakamura, Rəcəbov, Karyakin - 5; Məmmədyarov - 3.
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
- AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
- "İpək Yolu" Dünya Kubokunun rəsmi maskotları təqdim olunub
- "Bildiyimiz bir şey var idi: Bura Qarabağdır, bura bizimdir və biz bu torpaqları geri qaytarmalıyıq"