Sabah Şağan Olimpiya İdman Kompleksində boks üzrə böyüklər arasında Azərbaycan çempionatına start veriləcək. Apasport.az saytının məlumatına görə, yarışda respublikamızın müxtəlif şəhər və rayonlarının komandalarını təmsil edən 150-dən çox idmançının iştirak etməsi gözlənilir. Amma milli komandamızın bir çox aparıcı boksçuları ölkə çempionatına qatılmayacaq.
Onların bəziləri “Baku Fires” klubunun heyətində WSB liqasının yeni mövsümünə hazırlaşırlar. Cavid Çələbiyev (56 kq), Tamerlan Abdullayev (69 kq) və Məhəmmədrəsul Məcidovu isə (+91 kq) AİBA Pro Boxing turnirində növbəti görüşlər gözləyir.
Qeyd edək ki, oktyabrda “Sərhədçi” İdman Olimpiya Mərkəzində ölkə kuboku yarışları keçirilmiş və həmin turnirdə bütün aparıcı boksçular gücünü sınamışdı. Azərbaycan çempionatına yanvarın 12-də yekun vurulacaq. Döyüşlər saat 14-də başlayacaq.
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
- AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
- "İpək Yolu" Dünya Kubokunun rəsmi maskotları təqdim olunub
- "Bildiyimiz bir şey var idi: Bura Qarabağdır, bura bizimdir və biz bu torpaqları geri qaytarmalıyıq"