Məşhur rusiyalı qadın tennisçi Mariya Şarapova “Supergoop” şirkətinin sahiblərindən biri olub. Apasport.az saytının məlumatına görə, bu şirkət dəri xərçəngi ilə mübarizə üçün kosmetik məhsullar hazırlayır.
“Belə bir xeyirxah işlə məşğul olan şirkətə xeyir vermək istəyirəm” - deyə, Şarapova seçimi ilə bağlı açıqlama verib: “Ümid edirəm ki, nə zamansa qadınlarda döş xərçənginin qarşısını alacaq krem icad edəcəklər. Belə bir məhsulun populyarlığı çox böyük olardı”.
Qeyd edək ki, Mariya Şarapova həm də “Sugarpova” konfet brendinin sahibidir. Bu brend Nyuportdakı tennis şöhrəti Zalının tərəfdaşıdır.
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
- AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
- "İpək Yolu" Dünya Kubokunun rəsmi maskotları təqdim olunub
- "Bildiyimiz bir şey var idi: Bura Qarabağdır, bura bizimdir və biz bu torpaqları geri qaytarmalıyıq"