Shamkir Chess 2014 turnirinin 9-cu turunda dünya çempionu Maqnus Karlsenlə heç-heçə oynayan Teymur Rəcəbov mətbuat konfransında jurnalistlərin suallarına cavab verib. Apasport.az saytının məlumatına görə, şahmatçımız partiyada heç-heçənin görsəndiyini vurğulayıb.
“Qaydalara görə, ən azı 40 gediş oynanılmadı. Yalnız bundan sonra heç-heçə təklif etmək olar. Fikrimcə çox maraqlı gedişlər oldu. 7 saata yaxın mübarizə izlədik. Karyeramızda belə uzun oyunlar çox olub" - deyən Rəcəbov axşam keçiriləcək futbol üzrə Çempionlar Liqası matçının ona maraqlı olmadığını bildirib: "Mən tennisə baxmağı çox sevirəm. Futbola yalnız Braziliya millisi oynayanda baxıram. Braziliya millisi Çempionlar Liqasında oynamır, ona görə axşam futbola baxmayacağam".
Dünya çempionu Maqnus Karlsen isə son turda eyni xala malik Fabiano Karuanayla partiyasının hər şeyi həll edəcəyini deyib: "Karuanayla oyunda hər şey həll olunacaq. Heç-heçə məni qane edir. Amma mən bu barədə düşünmürəm. Öz oyunumu oynayacağam və çalışacam layiqli nəticə olsun. Axşam isə “Real”ın oyununa baxacağam. Onlardan qol gözləyirəm. İlk oyunda vurmalı olduğu qolları səfərdə vurmalıdırlar".
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
- AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
- "İpək Yolu" Dünya Kubokunun rəsmi maskotları təqdim olunub
- "Bildiyimiz bir şey var idi: Bura Qarabağdır, bura bizimdir və biz bu torpaqları geri qaytarmalıyıq"