Uilyamsdan yeni rekord
06.09.2016 - 10:11
ABŞ tennisçisi Serena Uilyams yeni dünya rekorduna imza atıb. Apasport.az saytının məlumatına görə, məlumatına görə, 34 yaşlı idmançı “Böyük dəbilqə” turnirlərində 308-ci qələbəsini qazanıb.
Bu, ABŞ açıq çempionatında qeydə alınıb. 1/8 finaldakı qələbə ilə 308-ə çatan Serena tennis tarixində ən çox belə uğuru olan idmançı ünvanına yiyələnib.
O, bunadək özü ilə eyni sayda uğuru olan Rocer Federeri arxada qoyub. İsveçrəli 307 dəfə qalib gəlib. Karyeralarını davam etdirən bu cütlük əfsanəvi Martina Navratilovanı qabaqlayır – 306.
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
0
0