Gimnastika üzrə Avropa çempionu Oleq Stepko bundan sonra Azərbaycanı təmsil edəcək.
Apasport.az saytının məlumatına görə, bu haqda Gimnastika üzrə Beynəlxalq Federasiya rəsmi xəbər yayıb.
Mənbə bildirib ki, fevralın 27-28-də İsveçrənin Lozanna şəhərində qurum toplantısı keçirilib. Orada bir idmançının başqa milli federasiyaya keçməsi haqda əsasnamə təsdiqlənib. Vətəndaşlığını 19 idmançı dəyişib.
Ukrayna millisindən yalnız bir idmançı komandasını dəyişib. Bu yığmaya keçən gimnast olmayıb.
19 yaşlı Oleq Stepko Ukraynanın ən perspektivli idmançısı sayılırdı. O, 2013-cü ildə çubuqlar üzərində hərəkətdə Avropa çempionu olub.
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
- AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
- "İpək Yolu" Dünya Kubokunun rəsmi maskotları təqdim olunub
- "Bildiyimiz bir şey var idi: Bura Qarabağdır, bura bizimdir və biz bu torpaqları geri qaytarmalıyıq"