Ümumdünya Boks Seriyasının finalı Bakıda keçiriləcək
16.05.2014 - 15:03
Ümumdünya Boks Seriyasının (WSB liqası) finalı Bakıda olacaq. Boks Federasiyasından apasport.az saytına verilən xəbərə görə, “Baku Fires” və “Cuba Domaderos” komandaları arasında həlledici görüşlər iyunun 6-da və 7-də “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçiriləcək.
Bununla bağlı mayın 23-də Bakıda AİBA prezidenti ilə Azərbaycan Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərov arasında müqavilə imzalanacaq.
Qeyd edək ki, komandamız yarımfinalda Qazaxıstanın “Astana Arlans” klubunu, kubalılar isə Rusiya boksçularını məğlub ediblər.
- Rüfət Efendiyev Avropa Şurasının antidopinq iclasında iştirak edib
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
- AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
- "İpək Yolu" Dünya Kubokunun rəsmi maskotları təqdim olunub
0
0