Mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess2015 turnirində İngiltərə təmsilçisi Maykl Adamsa qalib gələn sabiq dünya çempionu Vladimir Kramnik mətbuat konfransında suallara cavab verib: "Bu gün yuxudan gec oyanmışam. Əslində 12-də oyanmaq istəsəm də, 13:15-də yuxudan durdum. Şəmkirdə vaxtla bağlı kiçik məqamlar var. Avropada yaşayıram. Azərbaycanla 3 saat fərqimiz var. Ona görə hələ öyrəşməmişəm. Bununla belə nahara etdim. Nahara gec düşdüm və oyun ərəfəsində dincələ bilmədim. Sevinirəm ki, qələbə qazandım. Belə nüfuzlu turnirə qələbəylə başlamaq əladı. Amma indi uğuru davam etdirmək lazımdı".
Onun rəqibi Maykl Adams isə ŞəmkirChess2015 turnirinə ən sonda dəvət aldığını bildirib: "Müəyyən mənada hazırlaşa bilmişəm. Teymur Rəcəbov müəyyən səbəbdən yarışda iştirak edə bilmədiyini elan edəndə təşkilatçılar mənə dəvət göndərdi. Belə güclü şahmatçıların iştirak etdiyini öyrənəndə çox sevindim. Kramniklə oyun rəqib üçün yaxşı alındı. Səhvlər oldu, daha doğrusu rəqib səhv etməyə məcbur etdi. Bir məğlubiyyətlə heç nə dəyişmir. Əsas mübarizə irəlidədi".
- Azərbaycanda ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatı keçiriləcək
- Kamandan oxatma üzrə Bakı şəhər kubokunun II mərhələsi keçiriləcək
- “Masters” velosipedçilər ilk dəfə Azərbaycan çempionatında yarışacaq
- Milli Olimpiya Komitəsinin nümayəndə heyəti AOK-un 55-ci Baş Assambleyasında iştirak edir
- Azərbaycan Ruandaya badminton avadanlıqları göndərib