Sabah Şağan Olimpiya İdman Kompleksində boks üzrə “Böyük İpək Yolu” ənənəvi beynəlxalq turnirə start veriləcək. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarışda Azərbaycan idmançıları ilə yanaşı, Qazaxıstan, Gürcüstan, Ukrayna, Rusiya, Litva, Qırğızıstan, Türkmənistan, İran və Qatar komandaları iştirak edəcək.
Martın 9-dək davam edəcək turnirdə millimizin bir çox aparıcı boksçuları müxtəlif səbəblərdən iştirak etməyəcəklər. Ancaq Tural Əhmədov (56 kq), Nəsrəddin Məmmədov (60 kq) Lorenzo Sotomayor (64 kq), Tamerlan Abdullayev (69 kq) kimi müxtəlif turnirlərin qalib və mükafatçılarının rinqə çıxması gözlənilir.
Qeyd edək ki, yığmamız bu yarışa qədər Qəbələ və Lənkəranda təlim-məşq toplanışı keçib. Lənkəran toplanışında Qazaxıstan və Gürcüstan boksçuları da yığmamızla birgə məşq ediblər.
- "Bildiyimiz bir şey var idi: Bura Qarabağdır, bura bizimdir və biz bu torpaqları geri qaytarmalıyıq"
- “Gözünüz aydın, kişilər, müharibə bitdi” – Daşqın Əzizin müharibə xatirələri
- Fikrət Hüseynov UCI-nın Konqresində iştirak edib
- AMADA oxatanlar üçün maarifləndirici seminar keçirib
- Formula 1 Azərbaycan Qran-Prisinin ilk günü - FOTOLENT