[b]Xorvatiya Fransaya, İngiltərə Belçikaya rəqib oldu[/b]
12.07.2018 - 00:40
Rusiyada keçirilən dünya çempionatının ikinci finalçısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, buna yarımfinalda baş tutan Xorvatiya – İngiltərə matçında aydınlıq gəlib.
İngilislər erkən qolla hesabı açmalarına baxmayaraq, öncə status-kvonu bərpa edən Xorvatiya əlavə olunmuş dəqiqələrdə daha bir qol vuraraq, 2:1 hesablı qələbə qazanıb.
Beləliklə, final qarşılaşması iyulun 15-də Fransa ilə Xorvatiya arasında keçiriləcək. Bundan bir gün əvvəl isə Belçika ilə İngiltərə 3-cü yer uğrunda görüşdə üz-üzə gələcək.
- Azərbaycan üzgüçüləri "İpək Yolu" Dünya Kubokunda ölkə rekordlarını yeniləyiblər
- Rüfət Efendiyev Avropa Şurasının antidopinq iclasında iştirak edib
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
- AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
0
0