Xulio Rodriqes: “Baş məşqçi dedi ki, “Sabah”da qalmaq təkcə ondan asılı deyil” - MÜSAHİBƏ
24.01.2023 - 13:12
Xulio Rodriqes: “Baş məşqçi dedi ki, “Sabah”da qalmaq təkcə ondan asılı deyil” - MÜSAHİBƏ

“Zirə” və “Sabah”ın sabiq futbolçusu Xulio Rodriqesin apasport.az saytına müsahibəsi 

- İşlərin necə gedir? Özünə yeni komanda tapmısan?
- Argentinadayam, birinci divizion klubunun düşərgəsində məşq edirəm. Gözləyirəm ki, hər şey daha yaxşı olsun. Amma hazırda klubsuzam.

- Sonuncu dəfə “Sabah”da oynamışdın. Bu komandada niyə qalmadın, Bakı klubunu özün tərk etdinmi? 
- Düzünü desəm, heç nə başa düşmədim.  Çünki oynamaq üçün bir neçə dəqiqə vaxtım qalmışdı. “Qəbələ” ilə son maçtdan əvvəl baş məşqçidən soruşdum ki, orada qalmaq üçün nə qədər şansım var? O, bunun təkcə ondan asılı olmadığını dedi. Ertəsi gün - oyun bitən kimi klub rəhbərliyinin mənimlə davam etməyəcəyini bildirdi. Belədə, yollarımız ayrıldı. 

- Maraqlıdır, Azərbaycan klublarından təkliflərin var? Özünüz geri qayıtmaq haqda düşünmüsüz?
- Azərbaycanın heç bir klubundan təklifim yoxdur. Hər şey öz ixtiyarımda olsaydı, karyeramı Azərbaycanda bitirərdim. Mən və ailəm Azərbaycanı çox sevirik, orada hər zaman özümüzü xoşbəxt hiss edirdik.

- Hazırda Azərbaycan klublarından təklif almamağınızı nə ilə əlaqələndirirsən? 
- Son il heç də yaxşı alınmamışdı. Zədə səbəbindən beş ayımı itirdim. Daha da az ola bilərdi. Bəzi futbolçular sağalmaq üçün öz ölkələrinə yollanmışdı, amma mən Azərbaycanda qaldım. Qalan 5 ayda fiziki cəhətdən sağlam və zədəsiz olduğum üçün bir neçə dəqiqə oynayıb qol vura bildim. Azərbaycan klublarından təkliflərimin olmaması yaşla bağlı ola bilər. Başqa nə olduğunu isə bilmirəm. 

- “Zirə”də lider oyunçulardan biri idin. Bəlkə bu komandada qalsaydın, hər şey daha yaxşı olardı. Bu mənada, “Zirə”dən ayrıldığına görə peşman deyilsən? 
- Komandamı dəyişdiyimə görə peşman deyiləm. “Sabah”a yollandım. Amma imkanım olsa da, “Zirə”yə qayıtmadığıma görə peşmanam. 

- Azərbaycan çempionatını izləyirsən? “Sabah” hazırda turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Bu, sənin üçün gözlənilməz deyil? 
- “Sabah”ın çempionluq uğrunda mübarizə aparmasına təəccüblənmirəm. Məşqçilər korpusu çox yaxşı işləyir. Baş məşqçinin nə istədiyini bilirdim, özümü “Sabah”da çox yaxşı hiss edirdim. Ancaq realist olmaq lazımdır, “Qarabağ”la eyni səviyyədə rəqabət aparmaq çətindir. Onlar komanda olaraq tamam başqa səviyyədədir.

0
DİGƏR XƏBƏRLƏR
Loading...