
Yeddi ölkə, o cümlədən ev sahibi Azərbaycan, 2025-ci ildə keçiriləcək III MDB Oyunlarında iştirakını təsdiqləyib.
Hazırda Oyunlarda iştirak edəcək nümayəndə heyətlərinin qeydiyyatı davam edir. Bu günə olan məlumata əsasən, MDB məkanını təmsil edən 7 ölkədən 23 idman növü üzrə ümumilikdə 1659 idmançı qeydiyyatdan keçib. Qeydiyyatdan keçmiş nümayəndələrin ümumi sayı isə 2385 nəfərdir.
Komanda idman növləri üzrə – futbol (U-16), basketbol 3x3 və voleybol yarışlarında altı ölkə iştirakını təsdiqləyib. Güləş, boks, cüdo və taekvondo kimi fərdi növlərdə isə 100-dən çox idmançı qeydiyyatdan keçib.
İlkin mərhələdə yalnız MDB ölkələrinin nümayəndə heyətləri qeydiyyatdan keçirilir. İkinci mərhələdə isə qeydiyyat MDB-yə üzv olmayan, Oyunlarda xüsusi dəvət əsasında iştirak edən ölkələrin nümayəndə heyətləri üçün aparılır. Ümumilikdə, Oyunlarda dünyanın 23 ölkəsindən 5500-ə yaxın iştirakçının qatılması gözlənilir.
Qeyd edək ki, III MDB Oyunları 2025-ci il 28 sentyabr – 8 oktyabr tarixlərində Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə keçiriləcək.
- III MDB Oyunları ilə əlaqədar olaraq Gəncə “MDB-nin idman paytaxtı” seçilib
- III MDB Oyunlarında 246 medal dəsti uğrunda mübarizə aparılacaq
- "Formula 1" üzrə Azərbaycan Qran-prisinin tarixi açıqlanıb
- Yeniyetmə badmintonçularımız beynəlxalq turnirdə qızıl medal qazanıblar
- Bakıda nadir klassik avtomobillərin sərgisi təşkil olunacaq