Rusiyanın Yekaterinburq şəhərində Beynəlxalq Universitet İdman Festivalında boks yarışlarında üçüncü günün döyüşləri başa çatıb.
Federasiyadan apasport.az saytına verilən məlumata görə, Yekaterinburq şəhərinin 300 illik yubileyinin qeyd olunmasına həsr edilən turnirdə Azərbaycan millisi daha 2 medalı təmin edib.
Məşqçi Rafiq İsmayılovun rəhbərlik etdiyi komandada Marjona Savriyeva 1/4 final döyüşünü qələbə ilə başa vurub. 50 kq çəkidə rinqə çıxan milli üzvü rusiyalı Eleonora Çaşinanı 5:0 (29:28, 29:28, 30:27, 29:28, 29:28) hesabı ilə məğlub edib.
Zeynəb Rəhimova (54 kq) da adını yarımfinala yazdırıb. Boksçumuz Nadejda Yermilova (Rusiya) ilə görüşün ilk 2 raundunu xeyrinə bitirib. Rəqib üçüncü hissədə zədələndiyi üçün Zeynəb tam üstünlüklə qələbə qazanıb.
Hər 2 idmançı yarımfinala yüksəlməklə özləri üçün ən azı bürünc medalı təmin ediblər. Onlardan öncə Nicat Hüseynov (54 kq) və Şəmsi Şahbazov (71 kq) da festivalda 1/2 finala yüksəlib.
Qeyd edək ki, Beynəlxalq Universitet İdman Festivalında Azərbaycan 10 boksçu ilə təmsil olunur.
- Azərbaycan parabadmintonçusu İbrahim Əliyev beynəlxalq turnirdə üçüncü olub
- Qolf üzrə Azərbaycan çempionatı və ölkə birinciliyi keçirilib
- Azərbaycanda ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatı keçirilib
- Azərbaycanda ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatı keçiriləcək
- Kamandan oxatma üzrə Bakı şəhər kubokunun II mərhələsi keçiriləcək