Yeni mövsüm başlayır
26.06.2018 - 12:46
Azərbaycan Gimnastika Federasiyası yeni mövsümə start verəcəyi tarixi açıqlayıb. Qurumdan apasport.az saytına verilən məlumata görə, iyunun 29-dan Milli Gimnastika Arenasında yerli yarışlar başlayacaq.
Belə ki, ayın 29-30-da kişi və qadın idman gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı baş tutacaq. Turnirdə ümumilikdə 100-dən çox idmançının iştirakı gözlənilir.
Bu yarışın ardınca isə növbəti ölkə birinciliklərinin keçirilməsi planlaşdırılır.
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
0
0