Yevlaxda aləm bir-birinə dəydi
25.12.2023 - 21:22
Yevlaxda aləm bir-birinə dəydi

I Liqanın XII turu çərçivəsində keçirilən "Karvan" - "Zaqatala" matçında (0:2) insident baş verib. Apasport.az xəbər verir ki, hadisə oyunun 88-ci dəqiqəsində olub.

 

Belə ki, qonaqların futbolçusu hesabda öndə olduqları zamanı yerə yıxılıb. Bu da Yevlax təmsilçisinin futbolçularının xoşuna gəlməyib. Nəticədə ona etiraz edərək, rəqib oyunçunun vaxtı uzatmamasını istəyiblər.

 

Bu zaman ara qarışıb. "Karvan"ın hücumçusu Ruslan Voronsov çiyni ilə rəqib futbolçuya zərbə etdirməsindən sonra gərginlik artıb. Nəticədə futbolçuları çətinliklə sakitləşdirmək mümkün olub. Voronsov isə etdiyi hərəkətə görə qırmızı vərəqə ilə cəzalandırılıb.

 

Onu da bildirək ki, bu oyundakı ilk insident deyildi. Belə ki, "Zaqatala"nın vurduğu ikinci qoldan sonra tərəflər arasında mübahisə yaşanmışdı. Ancaq oyunu idarə edən Əli Əliyev yalnız qonaqlardan Steyn Essononuya qırmızı vərəqə göstərmişdi.

0