Yığmamız “Kəpəz”lə üz-üzə gəlib
25.09.2026 - 22:53
“Kəpəz”in əvəzedicilərdən ibarət heyəti Azərbaycanın U-19 yığması ilə yoldaşlıq görüşündə qarşılaşıb.
Apasport.az xəbər verir ki, Gəncə şəhər stadionunun ehtiyat meydançasında baş tutan qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.
İlk hissəsi qolsuz yekunlaşan matçda hesabı fasilədən sonra Azərbaycan U-19 millisi açıb. Lakin gəncəlilər Amur Yusifovun dəqiq zərbəsi sayəsində tarazlığı bərpa etməyi bacarıblar.
“Kəpəz”in təlim-məşq bazasında toplanışda olan U-19 milli komandası hazırlıq çərçivəsində oktyabrın 2-də “sarı-göylər”in əsas komandası ilə də sınaq matçına çıxacaq.
0
0