Polşada keçiriləcək III Avropa Oyunlarında iştirak edəcək Azərbaycan yığmasının heyətində yer alacaq idmançıların sayı bəlli olub.
Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan Gənclər və İdman Nazirliyinin idman şöbəsin müdiri Elnur Məmmədov açıqlayıb.
Azərbaycan idmançılarının Polşanın Krakov şəhərində keçiriləcək III Avropa Oyunlarına yollanması və iştirakı ilə bağlı mətbuat konfransında çıxış edən qurum rəsmisi bildirib ki, yığmamız səfərə 86 idmançı, 28 məşqçi və tibbi personalın 9 üzvü ilə yollanacaq. Heyətdə 123 nəfər yer alacaq: "Bir neçə idman növündə legionerlər olacaq. Amma əksəriyyətində öz atletlərimizdir”.
Qeyd edək ki, Krakov-2023-ə iyunun 21-də start veriləcək.
- Bakıda suya tullanma üzrə “Gələcəyə Doğru” turniri keçirilib
- Azərbaycan parabadmintonçusu İbrahim Əliyev beynəlxalq turnirdə üçüncü olub
- Qolf üzrə Azərbaycan çempionatı və ölkə birinciliyi keçirilib
- Azərbaycanda ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatı keçirilib
- Azərbaycanda ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatı keçiriləcək