Almaniya millisinin baş məşqçisi Yoahim Löv postunda qalacaq. Apasport.az saytının “Bild”ə istinadən məlumatına görə, 58 yaşlı mütəxəssis Rusiyada keçirilən dünya çempionatında uğursuzluqla üzləşməsinə baxmayaraq, Almaniya Futbol İttifaqının rəhbərliyinin güvənini qazana bilib.
Löv may ayında yığma ilə müqavilə müddətini 2022-ci ilə qədər uzatmışdı. Cənubi Koreyaya məğlubiyyətdən (0:2) dərhal sonra İttifaqın başçısı Raynhard Qrindel baş məşqçini dəstəkləmişdi: “Lövün əsas hədəfi Avro-2020-nin qalibi olmaqdı”.
Qeyd edək ki, Almaniya DÇ-2018-də qrupunu sonuncu sırada tamamlayaraq, pley-offa vəsiqə qazana bilməmişdi.
- Azərbaycan üzgüçüləri "İpək Yolu" Dünya Kubokunda ölkə rekordlarını yeniləyiblər
- Rüfət Efendiyev Avropa Şurasının antidopinq iclasında iştirak edib
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
- AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub