Zaqatala təmsilçisi çempionatdan kənarlaşdırılıb
21.02.2024 - 17:58

AFFA U-14 Liqasında çıxış edən “Viktoriya Zaqatala” komandası turnirdən kənarlaşdırılıb.
Apasport.az qurumun rəsmi saytına istinadla xəbər verir ki, komandanın “Qafqaz Arena” ilə oyunda meydana çıxmaması buna səbəb olub.
“Viktoriya Zaqatala” komandası təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmayan görüşdə Zaqatala komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.
Qeyd edək ki, bu, region komandasının oyuna çıxmadığı 3-cü matç olub.
- "Qarabağ" Rüstəm Əhmədzadə ilə yollarını ayırıb - RƏSMİ
- Elgiz Abbasov: "Hazırda 4 stadionda problem mövcuddur"
- Premyer Liqada stadion dəyişiklikləri baş verib
- Premyer Liqa: Yeni mövsümün püşkatma mərasimi keçirilib - FOTO - YENİLƏNİB
- Elgiz Abbasov: “3 dövrəli çempionatın oynanılması qərarlaşdırılıb”
0
0