"Zirə" 1/4 finalda - Əzmkar qələbə - YENİLƏNİB
20.12.2023 - 19:03
"Zirə" 1/4 finalda - Əzmkar qələbə - YENİLƏNİB

Bu gün Azərbaycan kubokunda daha bir 1/4 finalçı bəlli olub.

Apasport.az xəbər verir ki, 1/8 final mərhələsinin üçüncü günü Zirədə başa çatıb. 

Qəsəbənin eyniadlı klubu “Turan Tovuz”la görüşüb. Rəşad Sadıqovun yetirmələri Misli Premyer Liqasının XVII turunda uduzduqları rəqibdən revanş almağa çalışıb. Tovuz təmsilçisi matçın əvvəlində Otto Conun qolu ilə hesabda irəli çıxıb. Bu üstünlük təxminən 80 dəqiqə davam edib. Lakin son 10 dəqiqədə Filipe və Rüstəm Əhmədzadənin qolları "Zirə"ni növbəti mərhələyə daşıyıb: 2:1.

Qeyd edək ki, 1/8 finala sabah yekun vurulacaq.

Azərbaycan kuboku
1/8 final
20 dekabr (çərşənbə)
17:00. “Zirə” – “Turan Tovuz” - 2:1
Qol:
 Otto Con, 4, Filipe, 82, R. Əhmədzadə, 89
“Zirə”: 97. Tiaqo Silva, 77. Məqsəd İsayev, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 11. Rüstəm Əhmədzadə, 4. Ruan Renato, 44. Dmitrios Çantakias, 15. Pyer Zebli, 28. Abbas İbrahim, 6. Eldar Quliyev, 19. Salifu Suma
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 8. İlkin Muradov, 20. İsmayıl İbrahimli, 16. Fuad Bayramov, 66. Pərviz Azadov, 5. Stefan Aka, 9. Vladislav Kulaç, 23. Andriya Lukoviç, 70. İssa Cibrila, 7. Filipe Paxtman
Baş məşqçi: Rəşad Sadıqov
“Turan Tovuz”: 85. Kamal Bayramov (k), 4. Şəhriyar Əliyev, 88. Faiq Hacıyev, 99. Veysəl Rzayev, 5. Roderik Miller, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman, 7. Luis Paçu, 25. Denis Marandiçi, 80. Otto Con, 11. Ayxan Quseynov
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 13. Aydın Bayramov, 3. Tərlan Quliyev, 14. Slavik Alxasov, 39. Sadiq Quliyev, 18. Budaq Nəsirov, 2. Sertan Taşkın, 10. Xəyal Nəcəfov, 77. Fərid Nəbiyev, 6. Bruno Qonçalves, 9. Belajdi Pusi, 79. Martin Petkov
Baş məşqçi: Ayxan Abbasov
Hakimlər: İnqilab Məmmədov, Müslüm Əliyev, Rəhman İmami, Rəvan Həmzəzadə
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Seymur Səlimli
Zirə İdman Kompleksinin stadionu

0