“Zirə” hücumçu transfer edir - SADIQOV AÇIQLADI
08.02.2026 - 21:50
Misli Premyer Liqası təmsilçisi “Zirə” heyətini yeni futbolçu ilə gücləndirməyə yaxındır.
Apasport.az xəbər verir ki, klub yeni hücumçu ilə danışıqlar aparır.
Bu barədə komandanın baş məşqçisi Rəşad Sadıqov "Sumqayıt"la oyundan sonra keçirilən mətbuat konfransında deyib.
Komandanın hücum xəttindəki problemləri və zədəli oyunçuların çoxluğu rəhbərliyi heyəti gücləndirməyə sövq edib.
Forvardın adı açıqlanmasa da, onun yaxın günlərdə klubun təlim-məşq bazasında yoxlanılması gözlənilir.
4
0