“Zirə” Niderland millisinin sabiq üzvünü TRANSFER EDİR
23.05.2025 - 22:33

Niderlandın U-19 yığmasının sabiq üzvü Suleyman Alluş yeni mövsümə də Misli Premyer Liqasında başlamağa çox yaxındır.
Apasport.az saytına verilən məlumata görə, “Səbail”in formasını geyinən yarımmüdafiəçiyə “Zirə”dən təklif var.
23 yaşlı futbolçunun Azərbaycan klubu ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.
Lakin komandanın I Liqaya düşməsindən sonra o, paytaxt təmsilçisini tərk etmək istəyir. Alluşun özü də “Zirə”yə keçməkdə maraqlıdır.
Qeyd edək ki, Süleyman daha öncə “Venlo”da çıxış edib.
- Ayxan Abbasov: “Futbolumuzun müəyyən bir səviyyəyə çatmasını istəyiriksə…”
- “Turan Tovuz” onu da komandada saxlayacaq - müqaviləsi uzadılacaq
- Yığmamız Çexiyaya böyük hesabla məğlub oldu
- Branimir Subaşiç: “Azərbaycan sona qədər mübarizə aparmalıdır, başqa yolu yoxdur”
- "Araz-Naxçıvan" I Liqa klubu ilə heç-heçə edib
2
1