“Zirə” Türkiyə klubu ilə üz-üzə - YENİLƏNİR
15.07.2025 - 10:04
“Zirə” Türkiyə klubu ilə üz-üzə - YENİLƏNİR

Yeni mövsümə hazırlıqlarını Türkiyədə davam etdirən “Zirə” bu gün növbəti yoxlama matçını keçirəcək.

Apasport.az xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda Türkiyə I Liqa təmsilçisi “Çorum” klubu ilə qüvvəsini sınayacaq.

Görüş Fanatik Tur Meydançalarında baş tutacaq. Oyuna Bakı vaxtı ilə saat 17:00-da start veriləcək.

Xatırladaq ki, komanda daha əvvəl Bakıda “Qarabağ”a qarşı keçirdiyi yoxlama matçında 0:4 hesabı ilə uduzub. Türkiyədə isə “Ankara Keçiörengücü”ndən üstün olub – 2:1.

Qeyd edək ki, “Zirə” UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Hayduk”la üz-üzə gələcək. Komandalar arasında ilk matç iyulun 23-də, saat 19:30-da “Bakcell Arena”da cavab görüşü isə 31-də, Bakı vaxtı ilə saat 23:00-da “Polyud Stadium”da start götürəcək.