
"Zirə"də ayrılıq baş verməyə yaxındır.
Salifu Suma komandanı tərk etmək üzrədir. Hücumçu Avropanın bir neçə klubunun maraq dairəsinə düşüb.
Apasport.az saytının əldə etdiyi məlumata görə, forvard yayda "Zirə"ni tərk edəcək.
Onun xidmətində "Dinamo" (Kiyev), "Spartak" (Moskva), "Nijni Novqorod", "Rubin" və LNZ maraqlıdır.
Rusiya klubları hələlik gözləmə mövqeyindədirlər.
Ukrayna təmsilçisi isə gənc forvard üçün "Zirə"yə 1 milyon avro təklif etməyə hazırdır. Lakin "qartallar" Sumanı bu məbləğə buraxmaq niyyətində deyil.
Klub qvineyalının keçidindən azı 1,5 milyon avro qazanmağı planlaşdırır. "Dinamo" ilk öncə bu qiymətlə razılaşmasa da, Rusiya klublarının futbolçuya marağı Kiyev təmsilçisinin də fikrini dəyişib.
Hazırda ukraynalılar Suma üçün yeni təklif hazırlayırlar. Böyük ehtimalla "Dinamo" rədd edilməyəcək təkliflə "Zirə"nin "qapısını döyəcək". Transferin ən gec yayda reallaşması gözlənilir.
Qeyd edək ki, Sumanın qəsəbə təmsilçisi ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir.
- “Turan Tovuz” Türkiyə klubu ilə qarşılaşıb- YENİLƏNİB
- Şamaxıda "Milli Mətbuat – 150" minifutbol turniri start götürüb - FOTO
- Yeniyetmə cüdoçular arasında ACF Kubpku keçirilib
- Utziq Azərbaycana qayıtmaq istəməyib, amma…
- “Qarabağ”ın təşkilatçılığı ilə Milli Mətbuatın 150 illiyinə həsr olunan futbol turniri keçirilib - FOTO