Zirənin transfer planı -Sabiq "Turan Tovuz"lu Azərbaycana qayıda bilər
17.04.2024 - 16:17
Zirənin transfer planı -Sabiq "Turan Tovuz"lu Azərbaycana qayıda bilər

“Zirə” hücumçu axtarışlarını davam etdirir.
 
Apasport.az saytına verilən məlumata görə, əsasən vaxtı ilə Azərbaycanda oynamış legionerləri heyətinə qatan “Zirə” daha bir "tanış"ı geri çağırmağa yaxındır.

Belə ki, qəsəbə təmsilçisinin “Turan Tovuz”un formasını geyinən Runi Evaya marağı böyükdür.

Ötən mövsüm Azərbaycan Premyer Liqasında adından söz etdirən 27 yaşlı hücumçu hazırda Çində “Meyjou Hakka” klubunun formasını geyinir. Lakin onun Çini yenidən Azərbaycana dəyişəcəyi gözlənilir. 

Yayda kamerunlu futbolçu ölkəmizə qayıdıb-qayıtmayacağı ilə bağlı qəti qərar verəcək.

Eva karyerası ərzində “Çania”, “Veria”, “Asteras Tripolis”, “Trikala”, “Alger”, “Karaiskakis”, “Apollon”(Pontus) ÇSKA(Sofiya) klublarında oynayıb.

0