UEFA Konfrans Liqasında çıxış edəcək “Zirə”nin yay hazırlıq planı bəlli olub.
Apasport.az xəbər verir ki, paytaxt təmsilçisi iyunun 14-də çalışmalara start verəcək.
Təlim-məşq toplanışının ilk hissəsini Bakıda keçəcək komanda iyulun 5-nə kimi burada məskunlaşacaq. “Zirə” bu müddətdə 1 yoxlama oyunu keçirməyi planlaşdırır. Matç iyunun 30-da “Qarabağ”a qarşı keçiriləcək.
Hazırlığın növbəti mərhələsi isə Türkiyədə baş tutacaq. İyul 5-17-də qonşu ölkədə olacaq "Zirə"nin bu müddətdə 4 yoxlama matçı keçirməyi planlaşdırır. Oyunlar iyulun 8-də, 12-də və 16-də (iki matç) baş tutacaq. Hələlik rəqiblərin kimliyi məlum deyil.
- Qurban Qurbanov: “Futbolçulardan gözlədiyimi ala bilmişəm”
- Elmar Baxşıyev: “Haqqımda nə yazırlarsa, futbolçulara da təsir edir”
- “Qarabağ”dan böyükhesablı qələbə - YENİLƏNİB
- Daun sindromlu və autizmli uşaqlar “Turan Tovuz”un qonağı olublar - VİDEO
- Azər Bağırov: "Futbolçu meydanda mübarizə aparırsa, səhv etməlidir"