“Zirə”yə “Levadiya”dan yerli futbolçu
09.10.2023 - 15:19
“Zirə”yə “Levadiya”dan yerli futbolçu

Azərbaycan Premyer Liqasında ilk dövrəni lider kimi başa vuran “Zirə” heyətini gücləndirmək üçün futbolçu axtarışını davam etdirir.

Apasport.az saytına verilən məlumata görə, qəsəbə təmsilçisinin transfer siyahısında yer alan oyunçulardan biri də Murad Vəliyevdir.

Estoniyada yaşayan və bu ölkənin “Levadiya” klubunun üzvü olan yarımmüdafiəçi “Zirə”nin əsas transfer istəklərindəndir. Əslində, 21 yaşlı futbolçu uzun müddətdir ki, çempionatımızın liderinin maraq dairəsindədir. Klub onun keçidi üçün qışda da təklif göndərəcək. Vəliyevin “Levadiya” ilə müqaviləsi 2024-cü il dekabrın 31-də başa çatacaq. O, Estoniyanın “Kalev”, Almaniyanın “Bad Aiblinq” və “Rosenheym” klublarında çıxış edib.

0