Zubir “Qarabağ”da 300-cü oyununu keçirib
17.03.2025 - 12:17
Abdullah Zubir “Qarabağ”da 300-cü oyununu keçirib.
Apasport.az xəbər verir ki, fransalı yarımmüdafiəçinin yubileyi Misli Premyer Liqasının XXVII turuna təsadüf edib.
O, “Kəpəz”lə səfər görüşünün (0:0) 61-ci dəqiqəsində meydana çıxıb. 33 yaşlı legioner Ağdam klubunda keçirdiyi 300 matçda 66 qola imza atıb.
Zubir 2018/2019 mövsümündən “Qarabağ”da forma geyinir. Onun debütü 2018-ci il iyulun 11-də Çempionlar Liqasının “Olimpiya” ilə Sloveniyadakı matçında (1:0) gerçəkləşib. Zubir 7 il ərzində 179 (46 qol) çempionat, 23 (5 qol) kubok və 98 (15 qol) avrokubok qarşılaşmasında iştirak edib.
- İlham Əliyev Bakıda keçirilən FIFA U-15 mundialının finalını izləyib - YENİLƏNİB
- Bakıda FIFA U-15 dünya çempionatının bağlanış mərasimi keçirilib - YENİLƏNİB - FOTO
- Dörd iddiaçı, bir çempion – Qızıl medallara kim daha yaxındır?
- Ölkə kubokunda qol “yağışı”: 18 oyunda 107 qol
- “Kəpəz” “Turan Tovuz”un rekordunu yeniləyib
0
0