Zümrüd Ağayevaya UEFA-dan növbəti təyinat
17.02.2026 - 12:59
Zümrüd Ağayevaya UEFA-dan növbəti təyinat

AFFA-nın Qadın Futbolu Departamentinin rəhbəri Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb.

Apasport.az xəbər verir ki, o, qadınlar arasında UEFA Avropa Kubokunun 1/4 final mərhələsinin "Austriya" (Avstriya) – "Sparta" (Çexiya) cavab matçının UEFA nümayəndəsi olacaq.

Qarşılaşma fevralın 18-də Vyana şəhərində yerləşən "Franz-Horr" stadionunda baş tutacaq.

Komandalar arasında Çexiyada keçirilən ilk görüş qolsuz başa çatıb.