ABL: “Sabah”dan inamlı qələbə
20.10.2024 - 14:25
ABL: “Sabah”dan inamlı qələbə

Bu gün Azərbaycan Basketbol Liqasında I tura yekun vurulur.

Apasport.az xəbər verir ki, turun son günündə növbəti matç baş tutub.

A qrupunda günün yeganə oyunu son çempionun iştirakı ilə keçirilib. “Sabah” “Sərhədçi”ni sınağa çəkib.

"Bayquşlar" sensasiyaya imkan verməyib. 4 çeyrəyi də aktivinə yazan komanda inamlı qələbə qazanıb.

Qeyd edək ki, II turun matçları oktyabrın 22-dən 27-dək keçiriləcək.

Azərbaycan Basketbol Liqası
I tur
20 oktyabr
A qrupu
12:30. "Sabah" - "Sərhədçi" - 80:53 (24:14, 20:15, 16:11, 20:13)

Bakı İdman Sarayı

0