ABŞ-li basketbolçu “Quba”da - RƏSMİ
25.11.2025 - 18:13
ABŞ-li basketbolçu “Quba”da - RƏSMİ

"Quba" daha bir basketbolçunun transferini gerçəkləşdirib.

Apasport.az xəbər verir ki, komanda ABŞ-dən olan Kris Klarkla müqavilə imzalayıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Təcrübəli oyunçu mövsümün sonuna qədər bölgə təmsilçisinin uğurları üçün çalışacaq.

Kris karyerası ərzində ABŞ, Böyük Britaniya, Lüksemburq, Avstraliya, Səusiyyə Ərəbistanı və Boliviya klublarında çıxış edib.

Qeyd edək ki, 40 yaşlı basketbolçu son olaraq "Naxçıvan"ın formasını geyinib.