ABŞ-li oyunçu bölgə klubunda
02.10.2025 - 13:49
ABŞ-li oyunçu bölgə klubunda

"Gəncə" daha bir basketbolçunu heyətini gücləndirib.

Apasport.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 

ABŞ-dən olan Erik Koups mövsümün sonuna kimi komandanın şərəfini qoruyacaq.

Təcrübəli oyunçu daha əvvəl Albaniya, Gürcüstan, Rumıniya, Macarıstan, Kosovo və İsraildə oynayıb. Koupsun son klubu "Elitzur Yavne" (İsrail) olub.